#cümə_münacatı
Salam əleykum əziz və mehriban İmamımız, ya Həzrət Məhdi (ə)
Bir daha Cümə yetişdi və biz sənin qeybətində sərgərdan aləmi dolanırıq, halbuki sən çox yaxındasan, sən bizi öz ağuşuna almısan, amma biz səndən qəflətdə səni axtarırıq.
Aqa can əslində itən bizik, biz özümüzü itirmişik, biz valideynin əlini buraxmış uşaq kimi qorxu içində, fitnələr içində heyran qalmışıq.
Qurtuluş yolu sənsən, amma biz ancaq hər yerdən əlimiz üzüləndə səni yada salırıq, səni çağırırıq.
Sən əlini bizə tərəf uzatmısan, bizi dua edirsən, bizə rəhm edirsən və sənə qarşı etdiyimiz nankorluq və ədəbsizliyi üzümüzə vurmursan.
Ey mənim İmamım bizə yardım ol ki, sənə yardım olaq, sənin ağuşunda olduqda sənə xəyanət etməyək.
Kaş yalnız sənin razılığını düşünək, çünki Allahın razılığı sənin razılığından aslıdır.
Bu cümə günü biz səni dua edirik, səndə bizi dua edirsən, biz səni sevirik, səndə bizi sevirsən.
Ey mənim mərhəmətli İmamım Şeytan pusquda dayanıb, nəfsimiz aman vermir, taqətimiz azalır, süstlük bizi sənin xidmətindən uzaqlaşdırır.
Bu gün səndən istəyirəm ki, bizi bağışla və bizi bir daha öz ağuşunda mənəviyyat nuru ilə gücləndir və bizi bəlalardan, cin və insin şərrindən nicat ver.
Bilmirəm indi haradasan, amma bunu bilirəm ki, ümüdün bizədir, biz bu fürsəti əldən verməməliyik.
Xahiş edirəm günahlarımıza görə bizi heç bir kimsə ilə dəyişmə, və bizi öz yolunda sabit qədəm et.
Aqa can, əzizim, dostların sənin qeybətində bir-birindən ayrı düşüblər, düşmənin məkri isə bizi əhatə edib, bizi bir araya gətir və qəlbləri bir-birinə mehriban et və bizə İzzət, bəsirət, şücaət, Təqva və səbr inayət eylə.
Başıma qoyduğun minnətə, bütün layiq olmadığım nemətlərə görə Allaha şükür edirəm və Sənə təşəkkürümü bildirirəm. Allah səni və nümayəndəni İmam Xamenei hifz etsin və bizi sənin yolunda şəhid qərar versin. Amin ya Rəbb
https://t.me/Zuhur_Az