Your trial period has ended!
For full access to functionality, please pay for a premium subscription
Message
ZU
Zühura hazırlıq
1 138 subscribers
221
🔸 Bu gecə bir əziz ilahi ustadın nəsihətlərindən çıxarış:

Eşitdiklərin moizələrini özünə tədbiq edin, insanların eybini axtarmaqdan uzaq olun və hər bir nəsihəti eşidib, özünü mühakiməyə çəkin.

Mənəmlik və özünə güvən insanın süqutunun başlanğıcdır.
Çalışın adsız işlər sahibi olun, işləri yalnız Allaha görə görün, niyyət zərrə qədər bulanıq olsa işlər nəticə verməyəcək.

İnsanlara yuxarıdan aşağı baxmayın, tənqidi hədiyyə bilin, əsəbləşməyin, əsəb cəhənnəmin qapısıdır.
Təkəbbür, töhmət, böhtan, qeybət və bəd gümanlıq imanın məhvi və insaniyyətin bataqlığıdır.
Niyyətin bulanıq olduğu hadisələrdə bilinir, o vaxt ki, insan tərif və ehtiram gözləyir, gördüyü işlərin başqasının adına vurulduqda ürək partlayır, görsənmək şəhvəti alışıb, nəfs tüğyan edir, belə bir halda İnsan Ayətullahda olsa belə şeytanın cılız əsgəri kimi həyatının zay olduğuna imza atır və mömin cildində şeytan ordusuna daxil olur.
Yalnız Allahın və İmam Zamanın razılığını əldə etmək üçün hərəkət edin və əmin olun, İzzət yalnız Allahın əlindədir və O ən böyük tədbir tökəndir.
Hər an qorxu və ümüd halı ilə yaşayın və gündə sidqi qəlblə Allaha şükür edin, ona təvəkkül edib və tövbəkarlardan olun.

https://t.me/Zuhur_A
z
04/17/2025, 02:21
t.me/zuhur_az/5613
Similar message chronology:
Newest first
Similar messages not found