#günün_hədisi
🔸 İmam Əli əleyhissəlam buyurur:
Dini özünə sığınacaq, ədaləti silahına çevir ki, hər şərdən xilas olasan və hər bir düşmənə qalib gələsən.
🔸 İmam Səccad (ə) buyurur:
Yalançı ilə dostluq etmə, çünki o, uzaqları sənə yaxın, yaxını isə uzaq göstərən ilğım kimidir.
Sənə fayda verməyə çalışsa da, sənə zərər verəcək axmaqla dostluq etmə.
Ağıllı düşmən axmaq dostdan yaxşıdır.
Möminin mömin qardaşının üzünə sevgi və məhəbbətlə baxması ibadətdir.
🔸 həzrət Muhəmməd (S) buyurur: Ümmətim bir-birini sevdikcə, bir-birinə hədiyyə verdikcə və əmanətdar olana dək yaxşılıq və rifah içində olar.
🔸 İmam Əli əleyhissəlam buyurur:
Bir-birinizə qarşı şübhə və bədbinlikdən qurtulun. Bu, Uca Allahın möminlərə bir vəzifəsi və əmridi
r.
https://t.me/Zuhur_Az