#günün_hədisi
Əbu Abdullah (ə) buyurur:
“İnsanlar bizim barəmizdə üç dəstəyə ayrılıblar.
Bir qrup şəxslər dünya malından bir miqdar əldə etmək üçün Qaimimizi gözləyərək bizi sevdilər, danışdılar və sözlərimizi əzbərlədilər, lakin bizim rəftarımıza uyğun davranmaqda səhlənkarlıq etdilər ki, nəticədə Allah onları Cəhənnəmdə toplayacaqdır.
Başqa bir qrup bizi sevdi və sözlərimizi dinlədi, hətta bizim kimi rərtardan da geri qalmadı ki, bizim vasitəmizlə insanların malını yesinlər (yəni, riyakarlıq edərək və bizim adımızdan sui-istifadə edib dünya, məqam qazanmaq istədilər), sonda isə Allah da onların qarınlarını odla dolduracaq, onları aclıq və susuzluğa düçar edəcəkdir.
Amma bizi sevən, sözümüzə əməl edən, əmrimizə tabe olan, əməlimizə qarşı çıxmayan bir qrup da vardır. Onlar bizdən, biz də onlardanıq.
Mənbə: Tuhəful-uqul, səh 514.
(Niyyət yalnız xalis şəkildə vilayətə itaət etmək olmalıdır).
https://t.me/Zuhur_Az