.
#cümə_münacatı
✍ Salam əleykum əziz İmamım, aqa can Ya Məhdi (ə)
Kaş sənin hüzurunu dərk edərdim və günah zamanı səndən həya edib, utanardım.
Ey aləmlərin sahibi kaş səni görə bilərdim və sənin ayrılığın məni yandırıb, hərəkətə gətirərdi.
Amma bilirəm ki, səni görmək üçün bəsirətli göz və paklanmış ruh lazımdır, kömək ol paklanım və sənin mənə nəzarətçi olduğunu dərk edim.
Bilirəm nəqədər napak olsamda mənim mehriban və kərim İmamım məni öz duasından və lütfündən məhrum etməz və azdığım zaman əlimi buraxmaz.
Vay olsun o günə ki, sənin gözündən düşüm və dərdinə dəyməyin.
Məhdi (ə) canım keçən həftə sənin haqq naibin əziz Seyyid Əli Xamenei aqa sənin ziyarətinə Quma və Cəmkərana gəlmişdi və münacatdan sonra üzü gülürdü və sənin lütfen ona və İslam inqilabına hiss olunurdu.
Əzizim ötən ikinci gün on minlərlə insan gözü yaşlı və yalvararaq sənin üçün Cəmkləran məscidə doğru yürüş etdilər və Allahdan sənin zühurun və sənin gəlişinlə dünya məzlumları, Fələstin körpələrinin xilasını üçü çoxlu dualar etdilər.
İnşallah bu dualar tezliklə müstəcab olacaq və siz müqavimət əsgərlərinin əhatəsində Kərimə Dövlətini quracaqsınız.
Mənim mövlam dua et sənin gəlişinə dək bu yolda sabit qədəm qalaq və imtahanlardan kəsilməyək.
Ey mənim İmamım məni dostlarına qarşı dost və xadim qərar ver və bizi təkkəbür, riyakarlıq və süstlükdən qoru və bizi düşmənlərinə qarşı şiddətli və sərt qərar ver.
Ey əziz İmamım bu yolda nəfsimin şərrindən məni və dostlarını hifz et və bizi həqiqi tövbəkarlardan qərar ver. Amin ya Rəbb
https://t.me/Zuhur_Az