🍃Bilməm nə töhfə, mən qul, o Sultanə göndərim…
Ey Sahibəz-Zəman, mən kiçik bir bəndə, sən isə zamanın İmamı…
Sənə göndərməyə nə bir layiqli əməl, nə də bir pak könlüm var.
🍃Layiq deyil ki, canımı Cananə göndərim…
Sənə canımı versəm, bu yetərmi?
Bu qaranlıq, günahlarla dolu can, o nur dənizinə necə yaraşar?
🍃Ey dust, istədim eləyəm bəxş könlümü,
Etdim həya ki, zirəni Girmanə göndərim…
Könlüm viran, sönük… Sənin kimi bir dostun qarşısına çıxarmağa utanıram.
Sənə yaraşmayan bir könülü necə təqdim edim?
🍃Viranədir bu kənd, ona mən nə göndərim?
Qəlbim bir viranə... içində nə sevgi tamdır, nə də səbir…
Bu viranədən sənə hansı töhfəni göndərə bilərəm?
🍃Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
Yaxşı əməl deyə nəyi mizanə göndərim?
Əməlim də yoxdur ki, bir tərəziyə qoyub sənin yoluna təqdim edim.
Yalnız səssiz bir göz yaşı, içdən bir ah…
Bunları göndərə bilirəmsə, onları sən qəbul elə, ya Sahibəz-Zəman…
#İmamZa
man
t.me/bizim_sesimiz