#qısa_söz
1404. Yılın, İranın dönüş noqtası sayılabilməsinin böyük olasılığı vardır.
İran yönətimi¹ tüm yönlü² qısqıc³ arasında qalıbdır;
Bir yandan, yurt içində ulusların⁴ ya da toplumun⁵ hər baxımdan ülkənin dolandırışından⁶ boğaza yığılıb olduqca qanıqsız⁷ olduğu, ortadadır.
Bir yandan, batılı⁸ ülkələrin iranı qısıtlaması⁹ sonucunda¹⁰ yönətimin əl-qolunun bağlanması eləcə də ülkədə tutunumun¹¹ gərginləşməsi, ortadadır.
Bir yandan, yönətim sorumlularının¹² becəriksizliği dahası kötü qullanmaları¹³ sonucunda¹⁴ ülkənin yaşam çevrəsinin¹⁵ çıxılmaz yıxıma¹⁶ sürüklənməsi¹⁷, ortadadır.
Bir yandan, yönətimə bağlı olanların ya da yönətimi bəğənənlərin gündən günə yönətimdən aralanıb tökülməsi ortadadır.
Bir yandan ortadoğuda¹⁸ İranın yaradıb, becərdib, böyütdüğü yaraqlı¹⁹ güclərinin²⁰ qonusu²¹ çözülmüş²² sayılır.
Bir yandan yönətimin aşağı ya da yuxarı görəvlilərinin²³ pozuqluluqlarının²⁴ üstü açılıbdır.
Bir yandan isə birləşmiş uluslar örgütünün²⁵ "maşa işləyişi"nin²⁶ etkinləşməsinə²⁷ qalan sürə²⁸ azalmaqdadır.
Habelə çözülməz²⁹ durumda olan çeşitli³⁰ sorunlar³¹, ortadadır.
Bu durumda, İran yönətiminin seçənəklərinə³² gəldikdə;
Önümüzdəki danışmalarda Amerikanın istəkləri çox olursa;
Ya uydurma³³ bir içdevirgi³⁴ gibi eyləm yapıb, aşırı³⁵ Amerika qarşıtlarını³⁶ qırağa vurulub Amerika ilə amerikanın istədiği gibi anlaşma yapacaqdır.
Ya Amerikanın habelə batılı ülkələrin qısıtlamalarının artacağını gözə almalıdır.
Ya da onların keçici³⁷ birlik qurub irana saldıracağına³⁸ anıqlanmalıdır³⁹.
Demək olar, yaxın gələcək günlərdə gedişin⁴⁰ hankı yönə sürüklənməsi, bəllənilir görünür.
Ancaq məncə Amerika biraz qısa gəlirsə, yönətim köşəyə sığışdığından dolayı, böyük olasılıqla⁴¹ anlaşmaya boyun əğəcəkdir.
Bu öngörünün⁴² ən önəmli dayaqlarından, İranın orta doğudakı güc qollarının etkisiz⁴³ duruma gəlib çatması habelə pezeşkiyanın iş üstünə gətirilməsi, sayılabilər.
Ayrıca⁴⁴, fars əgəmənliği⁴⁵, gələcək öndərin⁴⁶ çağında əgəmənliğini arxayınca sürdürmək⁴⁷ için, yön⁴⁸ dəğişərək Amerika ilə barışlı durumda ilişkidə olmaq peşində görünür.
✍️ Yaşar elçixan
📝 Ətək yazı; sözcüklərin anlamı:
1. Hükuməti.
2. Həmə canibə.
3. Məngənə.
4. Millətlərin.
5. Camiənin.
6. İdarə edilməsindən.
7. Narazi.
8. Ğərbi.
9. Təhrimi.
10. Nəticəsində.
11. İqtisadın.
12. Məsullarının.
13. Su-i istifadələri.
14. Nəticəsində.
15. Mühit-i zistinin.
16. Fəlakətə.
17. Çəkilməsi.
18. Xavərmiyanədə.
19. Silahlı.
20. Qüvvələrinin.
21. Mövzusu.
22. Həll olunmuş.
23. Məmurların.
24. Fəsadlarının.
25. Saziman-i milləl-i müttəhid (birləşmiş millətlər təşkilati).
26. Maşa mekanizmasının.
27. Fəallaşmasına.
28. Müddət.
29. Həll olunmaz.
30. Müxtəlif.
31. Müşküllər.
32. Güzinələrinə.
33. Qondarma.
34. Kodeta, darbə.
35. İfrati.
36. Müxaliflərini.
37. Müvəqqət.
38. Həmlə edəcəğinə.
39. Hazırlanmalıdır.
40. Rəvəndin.
41. Ehtimalla.
42. Pişbininin.
43. Təsirsiz.
44. Başqa sözlə.
45. Hakimiyyəti.
46. Rəhbərin, liderin.
47. İdamə verdirmək.
48. Cəhət.
╭••••••••••••••••••••••••••••••••╮
╰
➤@dilocaqi
***
#Türkcə_yazaq
#Türkcəni_yayqınlaşdıraq
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯