oğrular çalanda birləşir, paylaşanda çalğaşar (savaşar)
oğrunu, doğurmuş yalan
oldu olacaq qırıldı nacaq. (iş işdən keçdi)
oldu olacaq, qırıldı nacaq. (nacaq: yarcaq. çapacaq. kiçik balta). (olmadıqlarda oldu, artıq yapacaq nərsə qalmadı).
olduğumuz yalan deyil, evrəm kimə qalan deyil.
olma uyur kimsəyə, öz bildiyin başda tut.
olmasaydı gecə, tanınmaziydı ay ulduz, itginiydi danda, görməziydi heç gün üz
olmaseydi yalan, ocaqsızıydı yaman.
olmludur ölümlüdür bu evrən, gələn köçər, edən dönməz
olmuşların ən pisi keçmiş çağa ötübdür, gəlməmişdən yarını, kötü gözlə yarqama.
olsa açıq göz igid, gözü qalmaz diləkdə, yaşın aşsa altmışı, tovaş qalmaz biləkdə. (tovaş: tovan. güc).
olsa bulsa əkilmiş, hiç bir nə çıxmamış.
olsağa dalıb oldağı unutma. (olsağa: bəlkiyə. xəyala). (oldağı: vaqeiyyəti. yaşamı. həyatı)
olum bir sürə, ölüm tüm sürə sürür. (sürə: zaman)
olum keçər durmaz, ölüm qapar sormaz.
olum qorunmadı ölümdən, çaşıb qaldı yolundan.
olum ölümü danmaz. (hər olan ölməlidir, hər ölən olub bir gün).
olum yoxdursa, ölüm nə gəzir..