Hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə
AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Mərkəz təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yolların siyahısını açıqlayıb:
1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);
2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.
Təmir işləri aparılan küçə və prospektlər isə aşağıdakılardır:
1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən ("Şəki" restoranın qarşısı) “Nərimanov” m/st istiqaməti;
2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqaməti;
3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsi;
4. Səbail rayonu, Badamdar şosesi, (Caspian İnternational Hospitalın yaxınlığı), mərkəz istiqaməti.